ABŞ-ın canlı yayım servisi olan “Netflix”in gəliri 2018-ci ildə 35% artmaqla 15,8 milyard ABŞ dolları olub.
Banker.az bildirir ki, eyni dövr ərzində şirkətin xalis mənfəəti iki dəfədən çox artaraq 1,2 milyard dollara çatıb.
“Netflix” cari ilin 1-ci rübünün nəticələrinə görə, 4,49 milyard dollar gəlir, 253 milyon dollar xalis mənfəət əldə edəcəklərini proqnozlaşdırır.
Qeyd edək ki, şirkətin səhmləri keçən ilin dekabr ayının sonundan bu yana 50% dəyər qazanıb.
©Finans.az