6 C
Baku
Sunday, December 15, 2024

Zimbabve prezidenti Davos forumuna getməkdən imtina edib

Zimbabve prezidenti Emmerson Mnanqaqva ölkəsini etiraz dalğası bürüməsi səbəbindən İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunda iştirak etməyəcək.

Banker.az Report-a istinadən xəbər verir ki, prezident bu barədə öz “Twitter” səhifəsində yazıb.

“Mən məhsuldar ikitərəfli ticarət – investisiya görüşləri həftəsindən sonra evə qayıdıram. Davosda bizim ölkəni səlahiyyətli şəxs kimi maliyyə naziri Mtuli Nkube təmsil edəcək. Birnömrəli vəzifə ondan ibarətdir ki, dinclik, sabitlik və işqabiliyyətliliyi Zimbabveyə geri dönsün”, – deyə o bildirib.

Mnanqaqva beynəlxalq turne çərçivəsində yanvarın 19-da Azərbaycanda səfərdə olub.

Son xəbərlər
Digər xəbərlər