“Nikoil Bank” ASC-nin səhmdarlarının pay bölgüsü dəyişib.
Bu Bankın nizamnamə kapitalının 52 mln. manat və yaxud 17,6% artırılaraq 296 mln. manatdan 348 mln. manata çatdırılmasından sonra baş verib.
Kapital artımı üçün “Nikoil Bank”ın dövriyyəyə buraxdığı, hər birinin nominal dəyəri 2 manat olan 26 mln. ədəd yeni səhmi Bankın əsas səhmdarı – “Topaz Investment” QSC əldə edib. Bununla da, şirkətin “Nikoyl Bank”dakı payı 94,92%-dən 95,68%-ə yüksəlib.
Əvəzində digər səhmdarların Bankdakı payı azalıb. Belə ki, Marina Kulişovanın payı 4,96%-dən 4,22%-ə, “İSR Holdinq” MMC-nin payı isə 0,12%-dən 0,1%-ə düşüb.
Oxşar yazı: NIKOIL Bankdan illik böyük zərər – Yığılmış zərər 285 mln. manatı ötdü
Xatırladaq ki, “Nikoil Bank” 1994-cü ildən fəaliyyət göstərən “Ülpər” kommersiya bankının bazasında, 2002-ci ildə yaradılıb.
©Report