11 C
Baku
Monday, November 25, 2024

Makroprudensial nəzarət və metodologiya departamentinə kiçik analitik/aparıcı analitik – Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Makroprudensial nəzarət və metodologiya departamentinə kiçik analitik/aparıcı analitik vəzifəsi üzrə vakansiya elan edir.

Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli, 760 nömrəli Fərmanına uyğun olaraq, qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılmışdır.

Yüksək peşəkar və şəxsi keyfiyyətlərə malik, daim öz peşəkarlıq səviyyəsini təkmilləşdirən, yeni fəaliyyət üsullarının effektiv mənimsənilməsinə çalışan, biliklərini iş prosesinin səmərəsini artıracaq şəkildə tətbiq edə bilən və maliyyə bazarının uğurlu inkişafı üçün bütün gücünü səfərbər etməyə hazır olan hər bir uyğun namizəd bizə müraciət edə bilər.

TƏLƏB OLUNAN TƏHSİL VƏ İŞ TƏCRÜBƏSİ

• Tam ali təhsil (iqtisadi/riyazi/sığorta işi);
• Sığorta sahə üzrə 1 il iş təcrübəsi;
• MS Office proqram paketlərindən sərbəst şəkildə istifadə;
• Analitik bacarıq, operativlik və gərgin iş rejimində işləmək bacarığı.

VƏZİFƏ ÜZRƏ ÖHDƏLİKLƏR VƏ FƏALİYYƏTLƏR:

• Sığorta təşkilatlarının hesabatlarından məlumatların yığılması, emalı, təhlili və müvafiq hesabatların hazırlanması;
• Sığorta bazarlarında dayanıqlığın qiymətləndirilməsi məqsədilə stress test alətlərindən istifadə və digər risk qiymətləndirmə modellərini qurmaq;
• Sığorta təşkilatlarının risk profilini təhlil etmək;
• Solvency II standartlarının sığorta bazarına inteqrasiyası prosesində iştirak etmək;
• Qlobal və yerli iqtisadiyyatda baş verən dəyişikliklərin  sığorta sektoruna təsiri istiqamətində makro-sığorta əlaqələrini müəyyən etmək;
• Əsas risk təhlilləri üzrə beynəlxalq təcrübənin araşdırılması və yerli bazarda tətbiqində iştirak etmək.

Göstərilən tələblərə cavab verən namizədlər öz  CV-lərini mövzuda vakansiyanın adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.

Son xəbərlər
Digər xəbərlər