24 C
Baku
Friday, September 27, 2024

“Google” və “Gmail” servislərinin fəaliyyətində qlobal nasazlıq yaranıb

“Google” axtarış sistemi və “Gmail” servisinin fəaliyyətində qlobal nasazlıq yaranıb.

Banker.az məlumat üçün bildirir ki, problemlə üzləşən əksər istifadəçilər Braziliya, Böyük Britaniya, İtaliya, Niderland, ABŞ və Yaponiyada qeydə alınıb.

“Gmail” poçt servisi istifadəçilərinin 40 faizi login və parolun daxil edilməsində problemlərlə rastlaşıb, daha 33 faiz məlumatları ala və göndərə bilməyib, 25 faiz servisin veb-səhifəsinin işindən şikayətlənib.

“Google” istifadəçilərinin əksər hissəsi (60 faiz) avtorizə ilə bağlı problemlərdən şikayətlənib, şikayətlərin 38 faizi isə axtarış sisteminin işləməsi ilə əlaqədardır.

©ICTnews.az

Son xəbərlər
Digər xəbərlər