ADNSU 26 milyon manata təmir olunacaq

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 2-ci korpusun təmir işlərinin satın alınması ilə bağlı açıq tender elan edib.

Banker.az xəbər verir ki, tenderin ehtimal olunan qiyməti 26 milyon 36 min manat təşkil edir.

Müsabiqənin sənədlərinə əsasən, satınalma çərçivəsində sözügedən korpusda əsaslı təmir və gücləndirmə işlərinin görülməsi nəzərdə tutulur.

Buraya torpaq və qazıntı işləri, hidroizolyasiya, drenaj sisteminin qurulması, dəmir-beton konstruksiyalarının möhkəmləndirilməsi, eləcə də binanın digər əsaslı təmir işləri daxildir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər