24 C
Baku
Friday, September 27, 2024

“Huawei” şirkəti və onun “Honor” subbrendi “ağıllı” televizorlar istehsal edəcəklər

Çinin “Huawei” şirkəti və onun “Honor” subbrendi 2019-cu ildə . Bu barədə ölkənin “CNBeta” resursunun məlumatında deyilir.

Banker.az yazır ki, məlumata görə, ilk “Honor” “ağıllı” televizoru apreldə, ilk “Huawei” smart TV-si isə ilin ikinci yarısında təqdim ediləcək. İstehsal xəttinə 65 düym diaqonallı və daha böyük modellər daxil olacaq. “Honor” televizorlarının qiymətinin ucuz olacağı və yalnız internet mağazalarında satılacağı gözlənilir.

Bildirilir ki, “Huawei” artıq “Əşyalar interneti” istiqaməti çərçivəsində televizor bölməsi üçün 200-300 nəfərdən ibarət mütəxəssislər qrupu yaradıb. Şirkət nümayəndələrinin sözlərinə görə, 4K və 8K təsvir ölçülü televizorların populyarlaşması 4K və 8K kontenti üçün tələbatı artıracaq.

©ICTnews

Son xəbərlər
Digər xəbərlər