7 C
Baku
Thursday, December 12, 2024

İspaniya birdəfəlik plastik məhsullara qarşı mübarizəyə başçılıq etmək niyyətindədir

İspaniyada birdəfəlik plastik məhsullar üçün geriyə sayma prosesi başlayıb.

2019-cu ildə bir nömrəli ekoloji məqsəd, şübhəsiz, plastik tullantıların miqdarının azaldılmasıdır. Ötən il qəbul edilən yeni ümumavropa direktivi 2021-ci ilədək hər hansı birdəfəlik plastik qablaşdırma və qab-qacaqdan, o cümlədən polistiroldan olan qida qablaşdırmasından istifadəyə qadağanı nəzərdə tutur. Bundan başqa, 2025-ci ilədək təkrar emal olunan plastik kütlə plastik butulkaların tərkibinin dörddəbir hissəsini təşkil etməlidir.

Elan olunmuş müddətə hələ iki il qalmasına baxmayaraq, İspaniya artıq qarşısına Avropada birdəfəlik plastik məhsullarla mübarizənin lideri olmaq məqsədini qoyub. Madrid üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi üçün zəruri olan qanunların təcili qəbulu ilə bu prosesə başlayıb.

İspaniya ətraf mühitin plastik kütlələrlə çirkləndirilməsinə qarşı mübarizədə uğurlu təcrübəyə malikdir. Məsələn, 2018-ci ilin mayında qəbul edilən qanun pulsuz paketlərə son qoyub, alıcıların hər hansı plastik paket, o cümlədən hətta ən nazik və kiçik olanı üçün də pul ödəməsi qəbul edilib.

İspaniyanın bəzi muxtariyyətləri plastik məhsullarla mübarizədə daha çox irəliləyiş əldə ediblər: Balear adaları və Valensiya artıq birdəfəlik plastik məhsulların müxtəlif növlərinin, o cümlədən qabların, çöplərin, çupa-çupsların və qəhvə üçün kapsulların satışına qadağa qoyublar. Lakin lider Navarra olub. Burada qanun vasitəsilə tullantılardan istifadə və onların təkrar emalı ciddi şəkildə nizama salınıb ki, bu da təkrar emal sektorunu inkişaf etdirir və iqlim dəyişmələrinə qarşı mübarizədə yardım edir.

Son xəbərlər
Digər xəbərlər