Pensilvaniya ştatının xəzinədarı Badd Duayer rüşvət aldığı üçün mühakimə olunmuşdu. Pensilvaniya ştatının qanunvericiliyində boşluqlarından istifadə edərək Duayer prezident Reyqana amnistiya ilə bağlı məktub yazaraq məhkəmə qərarının çıxarılmasına qədər xəzinadar vəzifəsini yerinə yetirməyə davam edirdi.
1987-ci ilin 22 yanvarında, məhkəmə qərarının çıxrılamasından bir gün öncə, Duayer press konfrans çağırmışdı. Jurnalistlər Druayerin vəzifədən azad olunacağını gözləyirdilər. Lakin bunun əvəzinə onlar çox əziyyət çəkmiş insanın uzun vida nitqini eşidirlər. Daha sonra Duayer zərfdən revolver çıxardarır və jurnalistlərə müraciət edərək deyir: «Əgər bu sizin üçün xoşa gəlməz olacaqsa, xahiş edirəm, otağı tərk edin». Məhkəmə zalında iştirak edənlərin xahişlərinə baxmayaraq Duayer beş televiziya kameraları qarşısında revolveri ağzına qoyaraq atəş açır.
Onun ictimaiyyət qarşısındda intiharı mənəvi cəhətdən jurnalistlər çıxılmaz vəziyyətə saldı. Redaktorlar Duayerin hansı şəkillərini dərc edəcəklərini və ümumiyyətlə dərc edib edəməyəcəklərini bilmirdilər: faciədən öncəki yoxsa sonrakı şəkilləri dərc etməli? Jurnalistika sahəsində tədqiqatçı Robert Bayker gündəlik 93 qəzeti araşdırdıqdan sonra belə nəticəyə gəlmişdi ki, «intihar etmiş qurbanın doğma şəhərindən 200 mil məsafədə dərc olan qəzetlər «psixoloji cəhətdən ağır» şəkilləri 100 mil məsafədə dərc olunan qəzetlərdən 2 dəfə çox istifadə edirdilər». Beykerə görə, «psixoloji cəhətdən ağır» şəkillər dərc edən qəzetlərin 58% öz hərəkətlərinə «ictimai cəhətdən mühim hadisənin» şəkillərini dərc edirlər deyərək haqq qazandırırdılar.
Biz sizə bu hadisəyə aid ən məşhur foto şəkili təqdim edirik. Bu foto şəklin müəllifi Heri Millerdir.
Burada Badd Duayer jest ilə ona yaxınlaşmaq istəyən insanları dayandırır. Bir neçə saniyədən sonra o, intihar etmişdi.