Qazaxıstanın Almata şəhərində yeni avtomobil zavodu istifadəyə veriləcək.
Yerli “Astana Motors” şirkəti yaxın vaxtlarda “Hyunday” markalı minik avtomobillərinin istehsalı üçün zavodun tikintisinə başlayacaq.
Zavod ilkin olaraq ildə 30 min, daha sonra isə 45 min avtomobilin istehsalını həyata keçirəcək.
Bu layihə Qazaxıstan bazarını keyfiyyətli və səmərəli avtomobillərlə təmin edəcək. İstehsal olunacaq avtomobillərin MDB ölkələrinə ixracı da nəzərdə tutulur.
Layihənin investisiya dəyəri 25 milyard ABŞ dolları təşkil edir.
©Azərtac