10 C
Baku
Wednesday, December 11, 2024

“Huawei” İngiltərədə qadağan ediləcək

Çinin “Huawei” texnologiya şirkətinin İngiltərədə dövlət tərəfindən maliyyələşən layihələrə iştirakını qadağan edən qərar çıxarılacaq.

Bu barədə xarici işlər naziri Ceremi Hant və müdafiə naziri Qavin Uilyamson fikir bildirərək qərarın qısa zamanda çıxarılmasının istəyiblər.

Onlar iddia edirlər ki, “Huawei” şirkəti FG şəbəkəsinin istifadəyə verilməsindən sonra İngiltərə şirkətlərinin məlumatlarının “oğurlanmasında” iştirak edə bilər.

ABŞ da “Huawei”yi casusluqda ittiham edərək öz müttəfiqlərini bu şirkətlə əməkdaşlıq etməməyə çağırıb.

“Qafqazinfo”

Son xəbərlər
Digər xəbərlər