1 C
Baku
Saturday, December 14, 2024

Palatadan kredit borclarına dair yenilik – Bu tarixədək borcu olanlara fərqli yanaşılacaq

Maliyyə Bazarlarına Nəzarət Palatası “Kredit tarixçəsi subyektinin razılığının alınması və razılığın alınması faktının kredit bürosu üçün təsdiqi Qaydası”nda dəyişikliklər edib.

Banker.az-ın məlumatına görə, bu Qayda kredit tarixçəsi subyektinin razılığının alınması və razılığın alınması faktının kredit bürosu üçün təsdiqi qaydasını müəyyən edir.

Kredit tarixçəsi məlumatların saxlandığı üsul və formadan asılı olmayaraq kredit tarixçəsi subyektinin cari və ödənilmiş borcları, borc öhdəliklərinin təminatı ilə bağlı, habelə ödəmə qabiliyyətinin və borc öhdəliklərinin icra intizamının qiymətləndirilməsi üçün lazım olan digər məlumatların məcmusudur.

Kredit tarixçəsinin subyekti barəsində kredit tarixçəsi formalaşdırılan fiziki və ya hüquqi şəxsdir.

Dəyişiklik kredit tarixçəsi subyektinin razılığının alınması ilə bağlıdır. Belə ki, kredit təşkilatları aralarında hüquq münasibətləri 2018-ci il aprelin 1-dək yaranmış cari borcalanlar olan kredit tarixçəsi subyektlərinin kredit hesabatın onların razılığı alınmadan əldə edə bilərlər.

Son xəbərlər
Digər xəbərlər