Səudiyyə Ərəbistanının kimya sənayesi üzrə ən böyük şirkəti “SABIC” Azərbaycan bazarına daxil olmaq istəyir.
Banker.az xəbər verir ki, bu barədə məlumat A.R. Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Nergetika Nazirlərinin görüşü zamanı vurğulanıb.
Məlumatda qeyd edilir ki, Şirkət Azərbaycanla neft-kimya sahəsində layihələrin həyata keçirilməsi perspektivləri, eləcə də bərpa olunan enerji, enerji səmərəliliyi, elektroenergetika sahələri üzrə əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.
Məlumatda “Saudi Aramco” və SOCAR arasında əlaqələrin genişləndirilməsi də gözdən keçirildiyi vurğulanır.
Qeyd olunub ki, Səudiyyə Ərəbistanı neft-qaz sektoru ilə yanaşı, bərpa olunan enerjidən istifadə ilə bağlı da Azərbaycanla təcrübəsini bölüşmək və ərəb şirkətlərini bu sahəyə cəlb etmək niyyətindədir.