6 C
Baku
Saturday, December 14, 2024

BP şirkəti Misirə daha çox sərmayə yatıracaq

Misirin Baş naziri Mustafa Madbuli neft və qaz hasilatı sahəsində ən iri şirkətlərdən biri olan BP-nin başçısı Bob Dadli ilə ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə edib.

Banker.az Azərtac-a istinadla xəbər verir ki, Misir hökumətinin başçısı son illər hətta ən ağır şəraitdə Britaniya şirkətinin Misir bazarında iştirak etməyə çalışmasını yüksək qiymətləndirib.

Bob Dadli onun şirkətinin Misirlə əməkdaşlığı möhkəmləndirməkdə maraqlı olduğunu vurğulayaraq qeyd edib ki, Misir BP-nin son iki ildə sərmayə yatırdığı ən böyük ölkədir. O bildirib ki, BP Misir energetikasının müxtəlif perspektivli sektorlarına daha çox sərmayə yatırmağa davam edəcək. Şirkət bu ölkənin neft-qaz sektoruna 1,8 milyard dollar sərmayə qoymaq niyyətindədir.

Baş nazir Mustafa Madbuli görüşün sonunda əmin edib ki, Misir hökuməti şirkətin fəaliyyətinə hərtərəfli yardım göstərməyə hazırdır və iş prosesində yaranan maneələri aradan qaldırmağa hər cür səy göstərəcək.

Son xəbərlər
Digər xəbərlər