11 C
Baku
Tuesday, November 26, 2024

Aİ tütün məmulatları üçün yeni vergitutma sistemi hazırlayır

Avropa İttifaqının (Aİ) tütün məhsullarına dair Direktivi (2014/40/Aİ) Aİ miqyasında izlənmə sisteminin yaradılması üçün hüquqi zəmin formalaşdırmışdı. Həmin sənədə əsasən, Aİ-nin 2017-ci il dekabrın 15-də qəbul etdiyi qanunvericilik aktlarında müəyyənləşdirdiyi tədbirləri üzv dövlətlərin, eləcə də iqtisadi operatorların hamısı qəbul etməlidir. Bu tələblər Aİ-də istehsal olunan və ya Aİ bazarı üçün nəzərdə tutulan hər cür tütün məmulatlarının unikal identifikatorla nişanlanmasını təmin etmək üçün yeni sistemin yaradılmasını və istifadəyə verilməsini əhatə edir.

Hazırda sistemin hazırlanması üzərində iş gedir. Burada başlıca məqsədlərdən biri tütün məmulatlarının satışının vergidən yayındırılmasının qarşısını almaqdır. Sistem hər bir məhsul üçün unikal identifikatorun tətbiqi sayəsində tütün məmulatlarının satışına və vergiyə cəlb olunmasına nəzarət etməyə zəmanət verəcək. Bundan əlavə, yeni sistemə əsasən, tütün məhsullarının konkret təhlükəsizlik tələblərinə cavab verib-vermədiyi müəyyənləşəcək, hər qutunun tələb olunan beş növ autentifikasiya elementinə malik olması təmin ediləcək. İzlənilmə və təhlükəsizlik tələbləri sistemi siqaret və tütün üçün 2019-cu il may ayının 20-dək, digər tütün məhsulları (məsələn, siqar, siqarella və tüstüsüz tənbəki) üçünsə 2024-cü il may ayının 20-dək yaradılmalıdır.

Son xəbərlər
Digər xəbərlər