10 C
Baku
Thursday, December 12, 2024

Prezident: “ABŞ qanunvericilərini eşitmək istəmirəm”

ABŞ-ın Meksika ilə sərhəddində inşası nəzərdə tutulan divar Konqressdə demokratlarla respublikaçıların bu məsələ ilə bağlı nə cür razılığa gəlmələrindən asılı olmayaraq tikiləcək.

“Fox News” telekanalına istinadən, ABŞ prezidenti Donald Tramp Texasdakı tərəfdarlarının keçirdiyi mitinqdə bu cür bəyanatla çıxış edib.

“Biz bu divarı istənilən halda tikəcəyik. Onlar [demokratlar və respublikaçılar] deyirlər ki, [danışıqlarda] irəliləyiş var. Mən də dedim ki: gözləyin, Texasdakı insanlarımı görməyə getməliyəm və bu mövzu barədə eşitmək istəmirəm. Ona görə də, onlar “əhəmiyyətli irəliləyiş əldə olunub” deməklə nəyi nəzərdə tutduqlarını bilmirəm. Bəlkə, bu, yaxşı xəbərdir, kim bilir…” – Tramp vurğulayıb.

Bundan əvvəl xəbər yayılmışdı ki, 15 fevralda federal hökumətin işinin növbəti dəfə dayandırılmasına (“şatdaun”) imkan verməmək üçün demokratlar və respublikaçılar ABŞ-ın cənub sərhədlərinin təhlükəsizliyinin təmini məsələsində prinsipial razılığa gəliblər. Onlar Meksika ilə sərhəddə divarın inşası üçün Tramp administrasiyasının tələb etdiyi 5,7 milyard dollar əvəzinə büdcədən yalnız 1,4 milyard dollar əlavə vəsait ayrılmasını təklif edirlər. Lakin əgər Tramp qanunvericilərin bu təklifinin yer aldığı büdcə qanun layihəsini imzalamasa, onda qərarın qəbuluna nail olmaq üçün Konqressin hər iki palatası səslərin ən azı 2/3-ni təmin etməlidir.

MənbəAzVision
Son xəbərlər
Digər xəbərlər