2 C
Baku
Saturday, December 14, 2024

Reddit 300 milyon dollar cəlb edib

Reddit sosial xidməti, sərmayyə raundunu 300 milyon dollar məbləği ilə bağlayaraq, 3 milyard dollar qiymətləndirməyə çatıb.

Banker.az bu barədə CNBC-yə istinadən xəbər verir.

Müqavilədə Çinin Tencent holdinqi iştirak edərək, 150 milyon dollar sərmayə yatırıb. Ondan başqa müqavilə iştirakçılarına Sequoia və Fidelity sərmayə şirkətləri və Snoop Dogg musiqiçisi daxildir. 2018-ci ildə keçirilən raundda Reddit 200 milyon dollar cəlb etmişdir.

Reddit xidmətinin həmtəsisçisi olan Steve Hoffman CNBC-ə verdiyi müsahibəsində bildirib ki, şirkət bu kimi sistemlərə hər zaman sərmayə yatırır. Burada əsas məqsəd isə arzuedilməz davranışın və təhqirlərin qarşısını almaqdan ibarətdir. “Biz reklam biznesini yenidən qururuq – həm texnoloji baxımından, həm də istifadəçilərlə xoş ab-havanın yaradılması baxımından”, – o qeyd edir.

“Reklam büdcəsi uğrunda mübarizədən danışdıqda, təbii ki, Google və Facebook şirkətlərini nəzərdə tuturuq. Istifadəçilər uğrunda mübarizə sahəsində insanların asudə vaxtını keçirtdiyi hər bir şey ilə rəqabət aparırıq”.

Tencent meydançasına maraqlı olan sahələrdən biri də video oyunlar kateqoriyasıdır.

Reddit xidmətinin inkişafına təkan verə biləcək amillərdən biri, yeni istifadəçiləri cəlb etmək məqsədilə saytın sadələşdirilməsidir. Eyni zamanda, şirkət ABŞ-dan kənarda inkişaf etmək perspektivinə malikdir. Buna baxmayaraq, Reddit, xidmətinin daha çox doğma ölkədəki fəaliyyətinə istiqamətlənib.

Reddit auditoriyası 300 milyon aktiv istifadəçidən ibarətdir. Onların 50%-ni 18-24 yaşlı gənclər təşkil edir. Şirkət öz gəlirini açıqlamır, lakin CNBC-nin verdiyi məlumata görə, şirkət 2018-ci ildə ilk dəfə olaraq 100 milyon dolları keçməkdə müvəffəq ola bilib.

Son xəbərlər
Digər xəbərlər