Azərbaycanda geniş mənada pul kütləsi, yəni M2 göstəricisi 2026-cı ilin əvvəlindən 7,1% artıb.
Banker.az-ın iyun 2026-cı il üzrə statistikaya istinadən verdiyi məlumata görə, M2 pul aqreqatının həcmi 43 milyard 254,2 milyon manat təşkil edib.
M2 göstəricisinə dövriyyədə olan nağd pul, tələb olunanadək və müddətli manat əmanətləri, eləcə də iqtisadiyyatda istifadə olunan digər manat vəsaitləri daxildir.
Eyni dövrdə bankların əmanət portfeli də 6,8% artaraq 17 milyard 428,5 milyon manata çatıb. Bankların kredit portfeli isə iyun ayında əvvəlki ayla müqayisədə 3% böyüyərək 31 milyard 821,3 milyon manat olub.







