7 C
Baku
Thursday, December 12, 2024

ASB Bank “qonşudan geri qalmaq” istəmir

“Azərbaycan Sənaye Bankı” ASC (ASB Bank) nağd pul kreditlərinin verilmə şərtlərini dəyişib. Banker.az monitorinq qrupu bu barədə məlumat verir.

Məlumata görə, illik faiz dərəcəsini 19%-24% aralığından 18%-20% aralığına qədər azaldıb. Bu bankın kredit faizləri ilə bağlı apardığı ilk endirim deyil. Belə ki, 2018-ci ilin ilk aylarında 27%-dən 24%-ə, payızında isə 19%-24% aralığında bir faiz dərəcəsi müəyyən etmişdi.

Digər bir dəyişiklik isə “ASB Bank”dan alınan kreditlərə görə zaminlərin sayının azaldılması ilə bağlıdır. bank bu günə qədər bank 3 000 manata kimi 1 zamin tələb etdiyi halda bu məbləğ artırılaraq 15 000 manata (öncəki şərtlərində bu məbləğə iki zamin tələb olunurdu ) qədər olan kreditlərə şamil edilib. Göründüyü kimi Bank artıq kredit bazarında özünü daha cəlbidici göstərməklə bir neçə şərtləri yumşaldmaq məcburiyyətində qalıb. Dəyişiklərin də əksər hissəsi kiçik həcmli kreditlərin şərtlərinə aid edir.

Qeyd edək ki, son günlərdə bir neçə bank artıq yenidən kredit məhsulları satışında aktivləşiblər.

Daha ətraflı linkdə

 

Son xəbərlər
Digər xəbərlər