9 C
Baku
Thursday, December 12, 2024

Rusiyaya qarşı yeni sanksiya təhlükəsi rublu ucuzlaşdırır

Çərşənbə axşamı günü axşam saatlarda Moskva Fond Birjasında rubl valyuta məzənnəsi çöküb. Aşağı düşmə Moskva saatı ilə  21.30-da başlamışdır, onda dolların qiyməti 65.79 rubl, avronun isə 74.24 rubl təşkil etmişdir.

Banker.az bu barədə “Vedemosti”yə istinadən xəbər verir.

Yarım saat ərzində dollar 50 qəpik, avro isə 51 qəpiyə artıb: 22.00-də isə dollar artıq 66.29 rubl, avro isə 74.75 rubl təşkil edib. Hərracların həcmi kəskin şəkildə artıb.

Saat 22.30-da proses daha da sürətlənib: dolların qiyməti 66,45 rubla, avronun qiyməti isə 74,87 rubla qədər artmışdır.

Proses senatorlar Lindsay Graham və Bob Menendezin hazırladığı qanun layihəsi haqqında məlumat yaydıqdan sonra başlayıb. Layihə Rusiyaya  qarşı sərt sanksiyalar tətbiq edilməsini nəzərdə tutmuşdur. Söhbət Rusiyanın yeni suveren borcu ilə məşğul olan investorlar üçün məhdudiyyətlər, eləcə də Rusiya enerji şirkətlərinə və banklarına qarşı sanksiyaların tətbiq ediməsindən gedir. Sənəd, 14 fevral cümə günü ABŞ Senatında təqdim ediləcək.

“İkinci dəfədir ki, eyni vəziyyətlə üzləşirik. Əsaslı olaraq heç bir şey yeni deyil, baxmayaraq ki, layihənin əvvəlcədən daha sərt adlandırıldığı deyilir “, – Metallinvestbank-da valyuta və pul bazarında əməliyyatlar üzrə direktor Sergey Romançuk deyir.

Bazar ertəsi günü Mərkəz Bank, yanvar ayının əvvəlində əcnəbilərin Rusiya qiymətli kağızlarına rekord həcmdə investisiya qoyduğunu elan etmişdir. Bir ay ərzində onlar 37,8 milyard rubl dəyərində Rusiya şirkətlərinin səhmlərini alıblar. Bu, ən azı son beş ildə ərzində rekorddur. Mərkəzi Bank qeyd edib ki, rubl üçün tələb artıb. ABŞ dollarına qarşı rubl məzənnəsi yanvar ayında 5,8%, inkişaf etməkdə olan JPMorgan bazar valyutalarının indeksi isə 3,3% artıb.

Son xəbərlər
Digər xəbərlər