ABŞ Prezidenti Donald Tramp ticarət məsələləri ilə bağlı Pekinə razılıq əldə edilməsi üçün daha 60 gün ayıra bilər.
Bu barədə “Bloomberg”, mənbələrinə istinadən məlumat yayıb.
Pekində fevralın 14-15-də Çin və ABŞ arasında ticarət razılaşması üzrə danışıqların növbəti mərhələsi keçirilir.
Qeyd edək ki, dövlət başçılarının ötən ilin dekabr ayında Buenos-Ayresdə G20 sammiti çərçivəsində baş tutan əvvəlki görüşü bir sıra razılaşmaların əldə olunmasına imkan yaradıb. Vaşinqton Çin mallarına rüsumların artırılmasını təxirə salıb, Pekin isə ABŞ-dan idxalı artırıb. Dövlət başçılarının əldə etdikləri razılığa əsasən, Çin tərəfi ABŞ-ın Çin ilə ticarətdəki kəsirini azaltmaq məqsədilə Amerika mallarının alış həcmini artıracaq. Tərəflərin ticarət sazişi imzalanmasına dair öhdəlik götürdüyü müddət bu il martın 1-də başa çatır.