Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncam imzalayıb.
Sərəncamda görə, doktorantura pilləsi üzrə: elmlər doktoru hazırlığı üzrə doktorantlara – 300 manat; fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 180 manat müəyyən olunub.
Bu Sərəncam 2019-cu il martın 1-dən qüvvəyə minir.
Qeyd edək ki, doktorantura pilləsi üzrə2013-cü sərəncama görə, elmlər doktoru hazırlığı üzrə doktorantlara – 266 manat və fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara isə 145 manat müəyyən olunmuşdu.