Azərbaycan prezidenti bu gün imzaladığı sərəncama görə Prezident təqaüdü artırılıb.
Fərmana uyğun olaraq, Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdü 210 manatadək artırılıb.
Qeyd edək ki, 2001-ci il fərmana görə, Azərbaycan Respublikasının ali məktəblərinə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş 102 nəfər tələbə üçün hər biri 185 (yüz səksən beş) manat məbləğində Prezident təqaüdü müəyyən edilmişdir.
Bu Fərman 2019-cu il martın 1-dən qüvvəyə minir.