7 C
Baku
Thursday, December 12, 2024

CAR-ın qızıl hasilatı kəskin azalmaqdadır

Dekabr ayında Cənubi Afrika Respublikasının (CAR) qızıl hasilatında ölkənin ən böyük metal istehsalında davam edən tətillərlə əlaqədar olaraq, kəskin azalma müşahidə olunur.

Banker.az bu barədə Bloomberg-ə istinadən xəbər verir.

Dekabr ayında qızıl istehsalı illik olaraq 31% azalıb. Yenilənmiş məlumatlara görə, noyabr ayında qızıl istehsalı 14% azalıb.

İstehsalın azalması ardıcıl olaraq 15 ay ərzində qeydə alınıb.

CAR-ın dünyanın ən böyük metal istehsalçısı olmuşdur, lakin həmkarlar ittifaqlarının korporasiyalarla qarşıdurmaları, yüksək xərclər və siyasətdəki qeyri-müəyyənlik istehsalın azalmasına gətirib çıxarıb.

CAR-ın ən böyük qızıl istehsalçısı olan “Sibanye Gold Ltd.”, bu həftə başlanğıcında üç ay davam edən tətil səbəbiylə ziyanverici şaxtaların bağlamaq və iş yerlərini azaltmaq niyyətində olduğunu söyləyib.

Bu gün şirkət 6 mindən çox iş yerinin azaldılmasını planlaşdırdığını açıqlayıb.

Cənubi Afrikadakı Statistik məlumatlara görə, dekabr ayında təbii ehtiyatların hasilatı illik olaraq 4,8% azalıb.

Platin qrupu metalların istehsalı 2017-ci ilin dekabr ayına nisbətən 6,1% artmışdır. Artıq dörd ay ərzində artım tempi müşahidə olunur.

 

Son xəbərlər
Digər xəbərlər