9 C
Baku
Thursday, December 12, 2024

MİDA könüllülük fəaliyyəti ilə bağlı elan verib

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyində “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq könüllülük fəaliyyətinə start verilmişdir.

Proqramın əsas məqsədi könüllülər hərəkatının inkişafına töhfə vermək, könüllü gəncləri MİDA-nın fəaliyyət istiqamətlərinə uyğun olaraq vətəndaşlara xidmət göstərilməsi üçün ictimai faydalı fəaliyyətə cəlb etmək və iş təcrübəsinə yiyələnmələrini təmin etməkdir. Maraq göstərən gənclər Mənzil İnşaatı Dövlət Agentliyində, həmçinin güzəştli mənzillərin tikintisinin aparıldığı ərazilərdə vətəndaşlara xidmət, sənədlərlə iş və digər sahələrdə könüllülük fəaliyyətinə dəvət edilirlər.

Ümumi tələblər:

Təhsili: Agentliyin fəaliyyət istiqamətləri üzrə ali və ya texniki peşə təhsili

Yaş: 20 – 29 yaş

IT-dən istifadə bacarıqları: MS Offis proqramları ilə tanışlıq, kompüterdə istifadəçi səviyyəsində işləmək bacarığı

Dil bilikləri: Azərbaycan dili – yüksək səviyyədə, Rus dili – orta səviyyədə

Şəxsi keyfiyyətlər: ünsiyyətcillik, intizamlılıq, təşəbbüskarlıq və komandada işləmək bacarığı

Agentlikdə könüllü olmağın üstünlükləri:

–      könüllünün öz ixtisası üzrə peşə bilikləri əldə etməsi imkanı;

–      könüllünün real iş mühitində çalışması və zəruri iş vərdişləri inzibatçılıq təcrübəsi əldə etməsi imkanı;

–      könüllünün inkişafına yönəlmiş tədbirlərdə (seminar, təlim və s.) iştirak;

–      könüllülük fəaliyyəti zamanı seçilmiş şəxslərin Agentlikdə işə düzəlmək imkanı;

Müraciət qaydası:

Agentlikdə könüllü kimi fəaliyyət göstərmək istəyən və yuxarıda qeyd olunan tələblərə uyğun gələn şəxslər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə və ya Agentliyin ünvanına (Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi, 85z) müraciət edə bilərlər.

QEYD: Agentliyin elektron poçt ünvanına CV göndərərkən mövzu sətrində “Könüllülük fəaliyyəti” qeyd edilməsi xahiş olunur.

Son xəbərlər
Digər xəbərlər