10 C
Baku
Thursday, December 12, 2024

Gürcüstanda yeni dövlət qurumu yaradılacaq

Gürcüstanda Uşaqlar və Gənclər Milli Agentliyi yaradılacaq.

Bununla bağlı ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi qanun layihəsi hazırlayıb.

Agentliyin yaradılmasında əsas məqsəd hökumət və gənclər arasında kommunikasiyanın intensivləşdirilməsi, uşaq və gənclərin ictimai həyata cəlb olunmasına dövlət dəstəyinin artırılması, onların özlərinin reallaşdırılmasını təşviq etmək və hüquqlarının müdafiəsidir.

Yeni dövlət qurumu ictimai hüquqlu hüquqi şəxs olacaq və hökumətin nəzdində fəaliyyət göstərəcək. 

MənbəReport
Son xəbərlər
Digər xəbərlər