Rusiyanın İqtisadi inkişaf nazirliyi Qərbin sanksiyalarınddan dəyən zərəri qiymətləndirib.
Banker.az-ın Trend-ə istinadla məlumatına görə, 2018-ci ilin sonu üçün Rusiyaya qarşı 62 ölkə 159 sanksiya tətbiq edib. Sanksiyalar ölkəyə 6,3 milyard dollar ziyan dəyib.
Bildirilir ki, sanksiyalardan ən çox iqtisadiyyatın metallurgiya, kənd təsərrüfatı və kimya sənayesinə kimi sahələrinə zərər dəyib.