23 C
Baku
Saturday, September 28, 2024

Çin ilk kosmik elektrik stansiyasını qurmağa hazırlaşır

Çin kosmosda günəş elektrik stansiyasını qurmağa hazırlaşır. Dövlət büdcəsindən kosmik proqramın realizəsi üçün 8 milyard ABŞ dolları məbləğində dəstək veriləcək. Bu barədə Banker.az xarici KİV-ə istinadən xəbər verir.

Çin iqtisadi, hərbi və texnoloji üstünlük uğrunda əsas rəqibi olan ABŞ ilə rəqabət etməyə çalışır. Qeyd edək ki, alimlər artıq Çinin qərbində yerləşən Çunçin şəhərində eksperimental bazanın tikintisinə başlamışlar. Başlanğıcda onlar 2021-ci ildən 2025-ci ilə qədər stratosferdə kiçik bir elektrik stansiyanı qurmağı planlaşdırırlar. Bundan sonra isə 2030-cu ilə qədər 1 meqavat gücündə günəş qurğusu qurulacaq və nəticədə hər şey daha böyük generatorlu bir şəbəkəyə birləşəcək. Bu haqda Çinin “Xinhua” xəbər agentliyi xəbər verir.

Qeyd etmək lazımdır ki, Çinin kosmik layihələri olduqca perspektiv, proqressiv və ən əsası ABŞ üçün təhlükəli görünürlər. Bu, astronavtika sahəsində böyük bir irəliləyişdir. Məlum olduğu kimi, 2022-ci ilə qədər Çin öz “Tiangon” (çin dilindən tərcümədə: səmavi saray) kosmik stansiyasını qurmaq niyyətindədir. O, öz şəxsi kosmik uçuş proqramını, GPS naviqasiya sisteminin analoqunu inkişaf etdirir və həmçinin kosmik zibil ilə mübarizə aparır.

Son xəbərlər
Digər xəbərlər