Hazırda Çex Respublikasında Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri kimi çalışan Fərid Şəfiyevi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edib.
Bu barədə Banker.az-a Prezidentin rəsmi səhifəsindən məlumat daxil olub.
“Fərid Rauf oğlu Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edilsin” – deyə, sərəncamda deyilir. Digər bir sərəncamı ilə onu Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıb.
Xatırladaq ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi fevral ayının əvvəlində Azərbaycan Prezidentinin müfafiq əmri ilə yaradılıb.