12 C
Baku
Wednesday, December 11, 2024

ABŞ-ın şirkəti Azərbaycan bazarını tərk edir

“Unifarm, Inc.” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin fəaliyyəti dayandırılıb.

Banker.az xəbər verir ki, bu barədə Şirkətin 05 fevral 2019-cu il tarixli qərarı əsasında fəaliyyətinə xitam verdiyini və bununla əlaqədar Azərbaycan Respublikasında dövlət qeydiyyatının təsviyyəsini elan edib. Vergilər Nazirliyi bu barədə elanı təsdiq edib.

Bütün tələblər, bildirişlər, iddialar yaxud sorğular Nümayəndəliyin kreditorları tərəfindən bu elan dərc edildiyi gündən iki ay ərzində Nümayəndəliyin AZ1095, Bakı şəhəri,Səbail rayonu, Üzeyir Hacıbəyov, ev 14, mənzil  32 ünvanına bildirilmələri xahiş edilib.

Qeyd edək ki, bu şirkət 1992-ci ildən fəaliyyət göstərməklə baş ofisi Birləşmiş Ştatların Nyu-York şəhərində yerləşir. Fəaliyyət sahəsi tibb əhatə edir.

ABŞ da daxil olmaqla 11 ölkədə nümayəndəliyi var. MDB-də isə Ukrayna, Moldova, Qazaxstan, Özbəkistan, Rusiya Federasiyası və Gürcüstanda nümayəndəlikləri vardır.

Son xəbərlər
Digər xəbərlər