11 C
Baku
Friday, November 15, 2024

“Air France” aviaşirkəti Venesuelaya olan uçuşlarını ləğv etdi

 Fransanın “Air France” aviaşirkəti Venesuelaya və oradan olan ən yaxın təyyarə reyslərinin fevralın 26-dək ləğvinə dair qərar qəbul edib.

Bu barədə şirkətin kommünikesində bildirilib.

Məlumata görə, ləğv prosesi fevralın 23, 24 və 25-də olan reyslərə aiddir. Belə ki, həmin dövrdə müxalifət tərəfindən elan edilmiş ölkəyə humanitar yardım çatdırılacaq. Prezident Nikolas Maduro hökuməti isə qəti şəkildə bu yardımın çatdırılmasına qarşı çıxır.

“Air France” nümayəndəsi uçuşların təhlükəsizliyə görə ləğv edildiyini açıqlayıb. Sərnişinlərə uçuş tarixlərini heç bir cərimə olmadan dəyişmək təklif olunur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər