8 C
Baku
Friday, December 13, 2024

Metro nəqliyyatı sahəsində işçilərin 6%-i ixtisar olunub

Ötən il metro nəqliyyatı sahəsində çalışan işçilərin 5,7%-i, başqa sözlə, 279 nəfər ixtisar olunub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

2017-ci ildə metro nəqliyyatı sahəsində çalışanların sayı 4 874 nəfər olubsa, ötən il işçilərin sayı 4 595 nəfərə qədər azalıb.

Bununla belə, ötən il metro nəqliyyatı sahəsində çalışanların əmək haqları otra hesabla 10,7% artıb. Belə ki, 2017-ci ildə bu sahədə işləyənlərin orta aylıq məvacibi 654,5 manat olub. 2018-ci ildə isə metro nəqliyyatı sahəsində çalışanların orta aylıq əməkhaqqı 724,3 manata yüksəlib.

“Bakı Metropoliteni”ndən bildirilib ki, işçilərin sayının azalması aparılan islahatların nəticəsində optimal iş sisteminin qurulması ilə bağlıdır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər