17 C
Baku
Monday, April 29, 2024

S.Ərəbistanın “Aramco” şirkəti Çində zavodun tikintisinə $10 milyard ayırır

Səudiyyə Ərəbistanın “Aramco” şirkəti Çində neft-kimya kompleksinin tikintisinə 10 milyard dollar sərmayə qoyacaq. Reuters agentliyinə istinadən, fevralın 22-də Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Çinə səfəri çərçivəsində müvafiq saziş imzalanıb.

Reuters agentliyinin xəbərində qeyd olunur ki, Çinin müdafiə konqlomeratı “Norinco” ilə Səudiyyə Ərəbistanın “Aramco” şirkəti Çinin şimal-şərqindəki Panjin şəhərində yerləşəcək bu müəssisənin tikintisini birlikdə həyata keçirəcəklər. Bu məqsədlə tərəfdaşlar “Huajin Aramco Petrochemical Co.” adlı müştərək şirkət təsis edəcəklər. 2024-cü ildə istifadəyə verilməsi nəzərdə tutulan kompleksdə gündəlik 300 min barrel xam neft emal ediləcək. Xammalın 70 faizini Səudiyyə Ərəbistanı şirkəti tədarük edəcək.

“Aramco” şirkəti hesab edir ki, bu neft-kimya kompleksi Çin bazarında Rusiyanı da geridə qoyaraq ən böyük enerji tərəfdaşı olmağa şərait yaradacaq.

Səudiyyə Ərəbistanının SPA dövlət xəbər agentliyinin məlumatına görə, “Aramco” Çinin “Zhejiang Petrochemical” şirkətinin səhmlərinin 9 faizinə də sahib olub. Bununla bağlı imzalanmış kontraktın şərtlərində bildirilir ki, Şanxayın cənubunda yerləşən və gündəlik 400 min barrel istehsal gücü olan Jouşan neft-kimya kompleksinin xam neftə olan ehtiyacını da Səudiyyə Ərəbistanı şirkəti təmin edəcək.

MənbəAzərTac
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər