ABŞ prezidenti Donald Tramp Floridada yerləşən villasında Çin prezidenti Si Cinpini qəbul edəcəyini deyib.
ABŞ lideri çinli həmkarı ilə ticarət üzrə razılaşmalar hazırlamağı planlaşdırır.
“Nəzərə alaraq ki, hər iki tərəf danışıqlarda irəli gedəcək, biz mən və prezident Sinin Mar-a-Laqoda sammitini planlaşdıracağıq ki, sazişi imzalayaq. ABŞ və Çin üçün çox gözəl həftə sonudur”, – deyə ABŞ prezidenti bildirib.
Tramp bu görüşün tarixlərini açıqlamayıb.






