11 C
Baku
Wednesday, November 27, 2024

Sinqapur hökuməti rekord məbləğdə vergi yığdığını bildirib

Sinqapurun Vergi İdarəsi 2017-2018-ci maliyyə ili üzrə dövlət büdcəsinə 47 milyard Sinqapur dolları (34,5 milyard ABŞ dolları) məbləğində vergi köçürüb ki, bu da əvvəlki maliyyə ili ilə müqayisədə 5 faiz çoxdur.

Vergi daxilolmalarının artması, başqa amillərlə yanaşı, həm də 2016-cı ildə iqtisadiyyatın 2 faizlik artımı, eləcə də işsizlik səviyyəsinin 2,1 faiz azalması ilə əlaqələndirilir. Yığılan vergilərin strukturunda gəlir vergisi (korporativ mənfəət vergisi də daxil olmaqla) ümumi yığımların 54 faizini təşkil edib.

Daxilolmaların 24 faizi satışdan verginin, 9 faizi isə əmlak vergisinin payına düşüb. Sinqapur hökuməti səlahiyyətli orqanlar ilə Hesabatlılığın Ümumi Standartına uyğun olaraq maliyyə hesabatlarının avtomatik mübadiləsinə imkan yaradan əməkdaşlıq barədə ikitərəfli sazişlər imzalamaqla vergidən yayınmaya qarşı mübarizəni xeyli gücləndirib.

Son xəbərlər
Digər xəbərlər