2019-cu ilin yanvar ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqları 6mln. 511,3 min manat təşkil edib.
Bu, 2018-ci ilin yanvar ayı ilə müqayisədə 997,8 min manat və ya 18,1% çoxdur.
Hesabat dövründə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlər 5 mln. 432 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1mln. 377,8 min manat və ya 33,9% çoxdur.
Ümumiyyətlə bu ilin fevralın 1-nə olan məlumata görə, sığorta şirkətləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə daxilolmaların 83,42%-ni ödənişə yönəldib.
Bu ilin ilk ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqları 63,7 min manat təşkil edib ki, bu da 2018-ci ilin yanvar ayı ilə müqayisədə isə 176,8 min manat və ya 73,51% azdır.
Hesabat dövründə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə ödənişlər 5 min manat olub ki, bu da 2018-ci ilin ilk yındakı göstəricidən 3 min manat və ya 37,5% azdır.
Ümumiyyətlə bu ilin fevralın 1-nə olan məlumata görə, sığorta şirkətləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə daxilolmaların 7,85%-ni ödənişə yönəldib.
2019-cu ilin yanvar ayında avtonəqliyyat vasitələrinin sığortası üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqları 2 mln. 414,2 min manat təşkil edib. Bu, 2018-ci ilin yanvar ayı ilə müqayisədə 338,5 min manat və ya 16,3% çoxdur.
Hesabat dövründə avtonəqliyyat vasitələrinin sığortası üzrə ödənişlər 872 min manat olub ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə isə 41,2 min manat və ya 4,96% çoxdur.
Ümumiyyətlə bu ilin fevralın 1-nə olan məlumata görə, sığorta şirkətləri avtonəqliyyat vasitəsi sahiblərinin sığortası üzrə daxilolmaların 36,12%-ni ödənişə yönəldib.