“AtaBank” ASC-nin yeni yaradılmış Biznesin İnkişafı Departamentinin direktoru vəzifəsinə Oruc İbrahimov təyin edilib.
Bu barədə Banker.az-a Bankdan məlumat verilir.
Qeyd edək ki, Oruc İbrahimov “AtaBank” ASC-də 2012-ci ildən müxtəlif vəzifələrdə çalışıb, son 2 il ərzində sözü gedən bankın Marketinq və Kommunikasiyalar Departamentinin Direktoru vəzifəsini icra edib.