2018-ci ildə Azərbaycanda elektron bankçılıq xidmətləri vasitəsilə aparılan əməliyyatların həcmi 18,7 dəfə artaraq 36,4 mlrd. manat, bu əməliyyatların sayı isə 7 dəfə artaraq 10,4 mln. ədəd təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Alim Quliyev məlumat verib.
Onun sözlərinə görə, rəqəmsal ödənişlərin genişləndirilməsi istiqamətində AMB-nin ank sektoru ilə həyata keçirdiyi layihələr, apardığı davamlı islahatlar statistik məlumatlarda da öz əksini tapır.
“Ötən il banklararası ödəniş sistemləri vasitəsilə aparılmış əməliyyatların həcmi 31% artaraq 274 mlrd. manat təşkil edib. Bu da ölkə üzrə ümumu daxili məhsulun (ÜDM) 3,4 misli deməkdir. 2018-ci ilin yekununda kart dövriyyəsində nağdsız ödənişlərin payı 17% təşkil edib. Halbuki 5 il bundan əvvəl bu rəqəm 6% olub”, – deyə A.Quliyev əlavə edib.