“Bizim təklifimiz vardı ki, Mərkəzi Bank bank sistemini sağlamlaşdırmaq üçün, onun kapitallaşması, likvidliyinin həll edilməsi üçün, faiz dərəcələrini aşağı salmaq üçün müəyyən qədər qiymətli kağızlar versin. Həmin qiymətli kağızları bazarda satmaqla müəyyən vəsait əldə etsinlər ki, həm faizləri aşağı salsınlar həm də kapitalları əmələ gəlsin.”
Banker.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vahid Əhmədov Real TV-yə müsahibəsində bildirirb.
“Ümumiyyətlə bank sistemində gələcəkdə problem olmasın. Faktiki olaraq bank sistemi öz işini sıfırdan qurmaldır. Bununla da insanlarla problemi olmasın”, – deyə Əhmədov bildirib.
O həmçinin bildirib ki, bankların bağlanmasına 5 il müddətinə moratoriya qoyulsun və banklar sağlamlaşa bilsinlər.