10 C
Baku
Thursday, December 12, 2024

Səhm və istiqrazların birjada ticarətə buraxılması qaydaları dəyişib

Bakı Fond Birjasında qiymətli kağızların listinqə daxil olunması, listinqdə saxlanması, delistinqi və ticarətin təşkili ilə bağlı qaydalar təsdiq olunub və martın 13-dən qüvvəyə minəcək.

Banker.az xəbər verir ki, qaydalarda istifadə edilən listinq, delistinq, birjanın təşkil etdiyi bazar, bazar seqmenti, şərti listinq və s. bu kimi əsas anlayışların mənaları verilib. Sənəddə qiymətli kağızların listinqinə dair ümumi tələblər, qiymətli kağızların bir bazar seqmentindən digərinə keçirilməsi, qiymətli kağızların ticarətə buraxılması və ticarətdən çıxarılması, eləcə də qaydaların tələbləri emitent tərəfindən pozulduğu halda, Listinq Komitəsi tərəfindən tətbiq edilən tədbirlər haqqında məlumat verilib. Qaydalarda mövcud listinq prosesləri optimallaşdırılıb və bazar seqmentləri üzrə tələblər yerli bazarın xüsusiyyətlərinə uyğunlaşdırılıb. Buraya xarici emitent və ölkəmizin üzv olduğu beynəlxalq qurumların Azərbaycanın kapital bazarlarında qiymətli kağız buraxılışını tənzimləyəcək dəyişikliklər əlavə edilib.

Son xəbərlər
Digər xəbərlər