10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda 2019-cu ildə istiqraz bazarı 1,5 dəfə artacaq – Proqnoz

2019-cu ildə Azərbaycanda istiqraz bazarı 50% arta bilər. “AzFinance İnvestisiya Şirkəti”nin direktor müavini İntiqam Səfərəliyev belə hesab edeir.

“Cari il Azərbaycanda istiqraz bazarı ən azı 50% böyüyəcək və insanlar istiqraza daha çox yatırım edəcəklər. Xüsusilə orta və kiçik şirkətlər istiqraz buraxacaq və əhali də onları alacaq. Səhm bazarı 3-4 böyük şirkətin dividend verməsi ilə aktivləşəcək”, – İ.Səfərəliyev şirkətin mətbuat xidmətinə müsahibəsində bildirib.

O, həmçinin qeyd edib ki, bu il ölkədə ilk İnvestisiya fondunun açılışı gözlənilir.

“Bu hadisə birjada canlanma prosesini daha da sürətləndirəcək. İnvestisiya fondları əhalinin əsas investisiya alətinə çevrilə bilər. Özəl pensiya fondları haqqında qanunvericilik formalaşa bilər və ola bilsin ki, ilk fond yaransın. Bu iqtisadiyyata güclü dəstək ola bilər”, – İ.Səfərəliyev qeyd edib.

MBNP-nin məlumatına görə, 2018-ci ildə Azərbaycanın istiqraz bazarında 1 mlrd. 270,9 mln. manat məbləğində 994 əqd bağlanıb.

Son xəbərlər
Digər xəbərlər