Amerikan biznes məktəbinin məzunlarından biri, texnoloji nəhənglərə öz CV-ni göndərərək, müsahibədə iştirak etmək üçün dəvət aldı. O, öz təəssüratları ilə Efinancialcareers portalında bölüşür.
Bu yaxınlarda MBA proqramı ilə aldığım təhsili başa vurdum. İri biznes məktəblərin üstün cəhəti odur ki, onlar iri texnoloji şirkətlərin daim diqqət mərkəzində olurlar. Əgər CV-ni orta səviyyədə tərtib etsəniz, müsahibəyə çağırılmaq şanslarınız olduqca yüksəkdir.
İstedadlı namizədlər axtarışında olan şirkət nümayəndələri, biznes məktəblərə gəlirlər. Bunlar müxtəlif banklar, konsaltinq şirkətləri və iri texnoloji şirkətlərin nümayəndələri ola bilərlər. Maliyyə və konsaltinq sahələri marağımda olmadığı üçün mən Google, Amazon və Twitter şirkətlərinin müsahibəsində iştirak etmişdim.
Öz təcrübəmi haqda məlumat verim.
Bu şirkətin vakansiyalarını nəzərdən keçirəndə, bir qədər təəccüblənmişdim – onların sayı çox idi! Özüm üçün menecer və layihə meneceri vakansiyalarını seçdim.
Müsahibəni iki nəfər keçirirdi. Başlanğıc o qədərdə maraqlı olmamışdı, mənə şirkət haqqında müxtəlif suallar verildi: nə üçün Google şirkətində çalışmaq istəyirsiniz? Necə düşünürsünüz, Google şirkətinin korporativ mədəniyyətinə uyğunlaşa bilərsiniz və niyə? və s. Söhbətin sonrakı mərhələsində isə məni sürpriz gözləyirdi.
İlk qeydi-adi sual belə idi: təsəvvür edin ki, San-Fransisko şəhərinin icra başçısısınız. Şəhərdə 9 bal gücündə bir zəlzələ baş verir, bu halda siz evakuasiyanın hansı strategiyasını seçərsiniz?
Mövzunun 180 dərəcə dəyişməsinə baxmayaraq, həyəcanlı deyildim. Mümkün dərəcədə sakit və təmkinli olmağa çalışırdım. Mənə əvvəldə deyilmişdi ki, suallara cavab verdikdə öz fikrini müdafiə etməyi bacarmalısan. Lakin hər növbəti sualdan sonra, özümə güvənim get-gedə azalmağa doğru gedirdi. Ağlıma ani gələn arqumentlərin düzgünlüyünü sübut etməyə çalışırdım. Mən buna hazır deyildim.
Amazon
Buradakı təəssüratlarım haqqında danışanda, çətinlik çəkəcəyəm. Görüş zamanı yaranmış ab-hava, müzakirə olunan mövzulardan daha yaxşı yadımda qaldı. Müsahibəni Amazon şirkətinin üç nümayəndəsi aparırdı. Mənə elə gəldi ki, mənimlə yuxarıdan aşağı danışırlar.
Google-da olduğu kimi, burada da mənə bir çox suallar verildi. Bu, sonsuz suallar deyildi, amma mətnaltı olaraq “əvvəlki cavabınız xoşumuza gəlmədi” ifadəsini eşidirdim. Hər bir ifadədə neqativ hiss olunurdu, məsələn: “Siz maliyyə sahəsində heç vaxt çalışmamısınız. Bəs qarşınızda qoyulan vəzifələri necə dəf edə biləcəksiniz?”. İki saatdan sonra, artıq qıcıqlanmağa başladım. Mənə elə gəlirdi ki, biz bir-birimizlə dalaşırıq. Bəlkə də, bu, bir sınaq idi. Həmin an mənim artıq vecimə deyildi.
Sonuncu müsahibə mənim üçün sanki təzə bir nəfəs kimi görünürdü. O, mənə adi bir söhbəti xatırlatdı. Müsahibə şirkətin yalnız bir nümayəndəsi tərəfindən həyata keçirilmişdi. Şirkət nümayəndəsinin verdiyi suallar, onun mənim haqda daha çox informasiya öyrənməsinə yönəlmişdir. O, öz vəzifələri haqda məlumat verərək, mənə bacarıqlarımı göstərmək imkanını yaratdı. Müxtəlif fərziyyələri müzakirə etmək əvəzində, mən, öz ideyalarımı bildirərək onları əsaslandırmalı idim.
İkinci müsahibədə iştirak etmək üçün dəvət almağım təəccüblü deyil. Mən bu təklifdən imtina edərək, startup-da işləməyi seçdim. Biznes məktəbinə qəbul olmağımın səbəbi, innovativ şirkətlərin birində korporativ strategiya ilə məşğul olmaq istəyim idi. Mən başa düşdüm ki, texnoloji nəhənglər innovasiyalı olsalar da, burada iri korporasiyaların ab-havası çox güclüdür.