10 C
Baku
Saturday, November 23, 2024

Müddətli əmək müqaviləsinə bir maddə ilə xitam vermək düz deyil. Belə halda cərimə qaçılmazdır

Bir çox hallarda müddətli əmək müqaviləsinə xitam verdikdə, bəzi insan resursları mütəxəssisləri kobud səhvə yol verirlər.

Misal üçün əmr vermirlər. Bir başa müddət bitdiyi üçün buna lüzm yoxdur qeyd edirlər. Bundan əlavə əmr verdikdə bir başa 73 maddəyə istinad edirlər. Belə hallarda əmin şəxslərin cərimələnməsi qaçılmazdır. Bəs düzgün variant nədir?

Misal üçün Əzim adlı şəxs Sabirabad MMC-yə 2018-ci ilin oktyabr ayının 1-də, 5 ay  müddətinə (ƏM 45 maddəyə əsasən) təmir-tikinti, quraşdırma (ƏM 47 maddəyə əsasən) işi ilə bağlı usta vəzifəsinə işə götürülüb. 2019-cu ilin mart ayının 1-də müqavilənin müddəti bitir. İşgötürənin 1 həftə vaxtı var ki, əmək müqaviləsinin 73 maddəsinə əsasən əmr verib müqaviləyə xitam versin. 1 həftə ərzində işəgötürən yox işçi də müqaviləyə xitam verilməsi ilə bağlı işəgötürənə ərzə yaza bilər. Əgər hər hansı biri müraciət etmirsə, müqavilədə göstərilən 5 ay müddətinə uzadılmış hesab olunur.  Bu hal 5 il fasiləsiz davam edərsə (ƏM 45 maddə) müddətsiz hesab olunur. Ola bilər ki, işçinin 1 gün əmək müqaviəsinə xitam verilib, yenidən əmək müqavilə bağlanır. Bu halda fasiləsiz hesab olunmur.

Əmrin yazılması

İşəgötürən müddətli əmək müqaviləyə xitam verdikdə əmrdə qeyd olunmalıdır ki, əmək müqaviləsindəki müddətə əsasən Əmək Məcəlləsinin 68  maddəsinin b bəndi (əmək müqaviləsinin müddətinin qurtarması) nəzərə alınaraq, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəllənin  73 maddənin 1-ci hissəsinə əsasən xitam verilir.

Buna səbəb odur ki, burada istinad olunmalıdır. Aydınlıq gətirilməsi, 68 b bəndi nəzərə almaqla mümkündür. 73.1 hissə isə tam göstərir ki, nəyə əsasən xitam verilib.

İqtisadçı – ekpert: Rauf Qarayev

rauf
Rauf Qarayev
Son xəbərlər
Digər xəbərlər