15 C
Baku
Saturday, October 19, 2024

İki şəhərindən Bakıya birbaşa aviareyslər açılır

“Bu ilin may ayından etibarən Hindistanın Mumbay və Dehli şəhərlərindən Bakıya birbaşa aviareyslərin həyata keçirilməsi nəzərdə tutulur”.

Bunu Azərbaycan Turizm Assosiasiyasının (AzTA) İdarə Heyətinin sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, sözügedən uçuşları Hindistanın “İndigo Airlines” şirkəti yerinə yetirəcək.

“Hazırda aviareyslərin günləri və digər məsələlərlə bağlı danışıqlar aparılır”, – deyə N.Bağırov qeyd edib.

Report

Son xəbərlər
Digər xəbərlər