18 C
Baku
Friday, September 20, 2024

Venesuela Azərbaycanla iqtisadi əlaqələri inkişaf etdirmək arzusundadır

Venesuelanın Azərbaycandakı səfiri Kristofer Berroteran ilə müsahibəni təqdim edirik:

– Azərbaycanla Venesuela arasındakı münasibətlər barədə fikirləriniz necədir? İki ölkənin əməkdaşlığında əsas sahələr hansılardır?

– Ölkələrimizin prezidentləri artıq bir neçə dəfə görüşüblər. Həmin görüşlərin yekunu olaraq sosial, iqtisadi, enerji, mədəni sahələrdə münasibətləri inkişaf etdirməklə bağlı razılıq əldə olunub. Elə bu səbəbdən Bakıda diplomatik nümayəndəlik açdıq.

İlkin məqsədimiz iqtisadi əlaqələri, o cümlədən ticarət dövriyyəsini artırmaqdır. Hər iki ölkə neft istehsalçısı olduğundan bu sahənin inkişafı ilə bağlı bir çox ümumi cəhətlərimiz var. Eyni zamanda iqtisadi əlaqələrimizi şaxələndirməyə də çalışmalıyıq.

– Bəs Venesueladakı hazırkı vəziyyət nə yerdədir? Nikolas Maduronun növbədənkənar prezident seçkiləri keçirmək niyyəti varmı?

– Nikolas Maduro xalq tərəfində seçilən qanuni dövlət başçısıdır. Dövlətin suverenliyi xalqa məxsusdur. ABŞ Prezidenti Donald Tramp rəsmi şəkildə Venesuelada dövlət çevrilişi həyata keçirmək niyyətini bəyan etmişdi, amma bu plan iflasa uğradı. Bu, beynəlxalq hüquq müddəalarına hörmətsizlikdir. Bütün dünya üçün nümunə olan Venesuela Konstitusiyasında ölkədə prezident seçkilərinin hansı qaydada keçiriləcəyi dəqiq təsbit olunub (bu ölkədə prezident 6 il müddətinə seçilir – red.). Ölkəmizdə keçiriləcək növbəti seçkilər Milli Asambleyaya seçkilərdir. Xuan Quaydo ölkədə seçki keçirilməsini elan etmək səlahiyyətinə malik deyil. Xalqı və beynılxalq birliyi aldadan bu adam ölkədə 30 gün ərzində növbədənkənar prezident seçkiləri keçirə biləcəyini bəyan etmişdi, hərçənd həmin müddət artıq bitib. Konstitusiyamıza əsasən, Milli Asambleya sədrinin belə bir hüququ yoxdur. Yalnız xalq bu yöndə iradə ifadə edə bilər.

©Report

Son xəbərlər
Digər xəbərlər