Azərbaycan 2019-cu ilin yanvar-fevral ayları ərzində xam neftin ixrac həcmini 5 mln. 782 min tona qərə artırıb. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə xam neftinin həcminin 2 mln. 132 min ton, yəni, 58,45% artırması deməkdir. Bu barədə Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
2019-cu ilin yanvar-fevral ayları ərzində Azərbaycan xaricə 2 mlrd. 603,96 mln. dollarlıq (USD) dəyərində xam neft ixrac edib ki, bu rəqəm isə ötən ilin analoji dövründə 1 mlrd. 827,3 mln. dollar təşkil edirdi.
Lakin, builki xam neftin idxal dəyərinin artmasının əsas səbəbi, hasilatın artırılması, yəni, ixrac həcminin artırlılması hesabına baş verib.
Belə ki, tonuna düşən qiymətdə azalma hiss olunub. Ölkə ötən il 1 tonunu yuvarlaq olaraq 500.8 ton/dollar satdığı halda bu il isə 450.37 ton/dollar səviyyəsində ticarət edib.
Qeyd edək ki, bunun səbəbini neftin dünya bazarlarında bu il daha ucuz qiymətə ticarət olması kimi göstərmək olar. 2018-ci ilin yanvar-fevral aylarında 59-64 dollar/barel olduğu halda, cari ilin eyni dövründə 47-51 dollar/barel səviyyəsində ticarət olunub.
ŞƏKİL: Neftin 5 illik qiymət dinamikası (Bloomberg)