3 C
Baku
Saturday, December 14, 2024

AMB növbəti depozit hərracının vaxtını elan etdi

Martın 27-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

 Hibrid hərracda 350 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. 

Depozit hərracının müddəti 12 gündür. “Bloomberg” ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 7,01-8,99 faiz təşkil edir.

Xəbər verdiymiz kimi, 18.03.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 439,2 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,01% təşkil etmişdir.

Son xəbərlər
Digər xəbərlər