10 C
Baku
Thursday, December 12, 2024

Muxtar respublikanın iqtisadiyyatı böyüyüb

Naxçıvan Muxtar Respublikasında (MR) 2019-cu ilin yanvar-fevral aylarında 352 mln 560,6 min manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Banker.az MR-in Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 0,3 faiz çoxdur.

Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz artaraq 772,7 manata çatıb.

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur.

Belə ki, sənaye üzrə 172 milyon 200 min manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çoxdur.

“2019-cu ilin yanvar-fevral aylarında 15 milyon 145 min 600 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə ət istehsalı 3615 ton, süd istehsalı isə 5141 ton olmuşdur. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,6 faiz, süd istehsalı isə 1,5 faiz artmışdır”, – deyə bunu MR-nin komitəsindən bildirilir.

Son xəbərlər
Digər xəbərlər