Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2019-cu ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 364,2 min və ya 2018-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 3,3% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Gələnlərin,
- 29,8% Gürcüstan,
- 27,6% Rusiya Federasiyası,
- 12faizi Türkiyə,
- 5,8% İran,
- 3,6% Birləşmiş Ərəb Əmirlikləri,
- 1,8% Ukrayna,
- 1,7% Hindistan,
- 1,5% Pakistan,
- 1,4% İraq,
- 14,7% digər ölkələrin vətəndaşları, 0,1% isə vətəndaşlığı olmayan şəxslər olmuşdur.
Gələnlərin 72%ni kişilər, 28%ni isə qadınlar təşkil etmişdir.
Ölkəmizə yanvar-fevral aylarında gələnlərin sayında daha çox artım Misir (2,8 dəfə), Hindistan (1,8 dəfə), Pakistan (1,8 dəfə), Türkmənistan (1,6 dəfə), Macarıstan (47,7%), Çin (32,7%), Yaponiya (32,3%), Oman (24,4%), Cənubi Koreya (23,8%), Gürcüstan (23,7%) və Polşa (21,3%) vətəndaşları arasında qeydə alınmışdır.
2019-cu ilin yanvar-fevral aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,6% artaraq 11,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 0,9% azalaraq 121,9 min nəfər olmuşdur.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 63,9% dəmir yolu və avtomobil, 35,2% hava, 0,9% isə su nəqliyyatından istifadə etmişdir.
2019-cu ilin yanvar-fevral aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,5% artaraq 731,6 min nəfər olmuşdur.
Ölkə vətəndaşlarının
- 36,5% İrana,
- 26,2% Gürcüstana,
- 18,4% Rusiya Federasiyasına,
- 9,8% Türkiyəyə,
- 1,1% Ukraynaya,
- 1faizi Birləşmiş Ərəb Əmirliklərinə,
- 7faizi isə digər ölkələrə səfər etmişdir.
Gedənlərin 67,7% kişilər, 32,3% isə qadınlar olmuşdur.
Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 83,8%, Rusiya Federasiyasına gedənlərin sayı 7,3%, Gürcüstana gedənlərin sayı 7faiz, Türkiyəyə gedənlərin sayı isə 1,9% artmışdır.
Cari ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 83faizi dəmir yolu və avtomobil, 16,1% hava, 0,9% isə su nəqliyyatından istifadə etmişdir.