6 C
Baku
Sunday, December 15, 2024

Süni intellektlə işləyən robot hakim yaradılacaq

Estoniyada süni intellektlə işləyən robot hakim yaradılacaq. Belə ki, ölkənin Ədliyyə Nazirliyi məlumatların toplanılması üzrə baş mütəxəssisə belə robotun yaradılması üçün müraciət edib.

Robot hakim yalnız 7 min avroyadək olan kiçik iddialar üzrə mübahisələri həll edəcək. Məhkəmə sisteminə süni intellektin tətbiqinin dövlət aparatının yükünü xeyli azaltmağa imkan verəcəyi gözlənilir.

Məlumata görə, bu il başlayacaq test rejimində kontraktlarla bağlı mübahisələrə baxılacaq. Hər iki tərəf bütün lazımi sənədləri və digər müvafiq informasiyanı yüklədikdən sonra süni intellekt qərarlar qəbul edəcək. Həmin qərarlardan isə sonradan məhkəməyə şikayətlə müraciət etmək mümkün olacaq.

Hüquqşünas və hakimlərin rəyin alındıqdan sonra sistemə müvafiq düzəlişlərin ediləcəyi planlaşdırılır.

©ICTnews

Son xəbərlər
Digər xəbərlər